“Taktiki təlimlər döyüş hazırlığının ən yüksək zirvəsidir. Belə tədbirlər Azərbaycan Ordusunun hərbi qüdrətinin, fiziki imkanlarının artırılmasına xidmət edir”.
Bunu “Report”a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov deyib.
Onun sözlərinə görə, təlimlər komandirlərdə, qərərgahlarda, şəxsi heyətdə müsbət vərdişləri möhkəmləndirir: “Bu həmçinin bölmələrin, əsgərlərin idarəolunmasından tutmuş, hədəflərin məhv olunmasına qədər döyüş hazırlığının bir analizidir. Hər bir taktiki təlim komandirlərin, qərargahların işini, fəaliyyətini mükəmməlləşdirir. Bunlar ordu üçün böyük məktəbdir. Hesab edirəm ki, təlimlərin əhəmiyyətini sözlə və rəqəmlə ifadə etmək mümkün deyil. Hər bir təlim qoşunların püxtələşməsində böyük rol oynayır”.
Ehtiyatda olan polkovnik bildirib ki, bu gün Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malikdir: “Bildiyiniz kimi, Azərbaycan Ordusunun tez-tez hərbi təlimləri keçirilir. Hesab edirəm ki, həmin təlimlərdə qarşıya qoyulan məqsədlərə tam şəkildə nail olunur. Şəxsi heyət həmin təlimlərdə böyük təcrübə qazanır. Bu nə qədər çox olarsa, bir o qədər yaxşıdır”.
M.Cahangirov qeyd edib ki, bu gün Azərbaycanın çox güclü ordusu var: “Ordumuz döyüş qabiliyyətlidir, istənilən tapşırığı yerinə yetirməyə qadir və hazırdır”.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib