Gürcüstanda rəsmi səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 21-də Tbilisi şəhərində yerləşən Qəhrəmanlar meydanındakı Gürcüstanın bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış memorialı ziyarət edib.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, ənənəyə uyğun olaraq nümayəndə heyətinin rəhbəri abidənin önünə əklil qoyub, digər üzvləri isə memorial qarşısına çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər.
Azərbaycan Müdafiə Nazirliyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri davam edir.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib