Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin xidməti, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə inşaat və təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi hissələrdən birində olub.
Məruzə edilib ki, tikintisi qısa müddətdə sona çatdırılacaq qərargah binası, əsgər yataqxanaları, tibb məntəqəsi və digər obyektlər hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri üçün nəzərdə tutulub.
Hərbi hissədə aparılan tikintinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib