Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 10-da Bolqarıstanın ölkəmizdəki səfiri Nikolay Yankov ilə görüşüb.
“İki sahil” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunulub, bu əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini qeyd edib.
Diplomat da öz növbəsində Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək Bolqarıstanın Azərbaycanı dost ölkə hesab etdiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi texniki, hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, regional və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib