Amerikalı rejissor Todd Fillipsin ekranlaşdırdığı “Coker” filmi Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) təqdim etdiyi nominasiyalar üzrə liderdir.
“Coker”in iddialı olduğu 11 nominasiya arasında “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı adaptasiya olunan ssenari” kateqoriyaları var. Nominantlar arasında ikinci yeri 10 nominasiya ilə rejissoru və ssenari müəllifi Kventin Tarantino olan “Bir dəfə Hollivudda”, üçüncü yeri isə 7 nominasiya ilə britaniyalı rejissor Sem Mendesin “1917” filmi tutur.
“Ən yaxşı film” kateqoriyası üzrə “Coker”, “Bir dəfə Hollivudda”, “Parazitlər”, “1917” və Martin Skorsezenin “İrlandiyalı” ekran əsərləri namizədliyini irəli sürüb. “Ən yaxşı rejissor” titulunu isə Sem Mendes, Todd Fillips, Martin Skorseze, Pon Çjun Xo, Kventin Tarantino əldə edə bilər.
Xatırladaq ki, “BAFTA”nın 73-cü mükafatlandırma mərasimi fevralın 2-də Albert Hollda keçiriləcək. //AZƏRTAC
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?