Xalq artisti Flora Kərimovanın səhhətində problem yaranıb. Bu səbəbdən onun Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.
Azvision.az Xalq artistinin özü ilə əlaqə saxlayaraq, səhhəti ilə maraqlanıb. F.Kərimova hazırda evdə olduğunu bildirib.
“Durduğum yerdə başım gicəlləndi. Buna görə də müayinəyə getdim. Hər şey yaxşıdır. Sadəcə maraqlanırdım ki, baş gicəllənmələri nədən baş verir. Bilirsiniz ki, bir neçə il bundan qabaq insult keçirmişəm. Buna görə də sağlamlığımı nəzarətdə saxlayıram. Amma vəziyyətimin ağır olması ilə bağlı deyilənlər yalandır. Qızım həmişə mənə deyir ki, hamı sensasiya dalınca qaçır, sensasiya da sənin dalınca. Zarafatla desək, məndən belə asanlıqla canınızı qurtara bilmərsiniz. Hələ bir az da dözməli olacaqsınız”, - deyə Xalq artisti qeyd edib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?