06 yanvar 2020 10:21
871

Gürcüstan saytı Azərbaycan Prezidentinin “Rossiya-24” kanalına müsahibəsini yayımlayıb

Gürcüstanda geniş oxucu kütləsinə malik olan, gürcü, rus və ingilis dillərində fəaliyyət göstərən gruzinform.ge portalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibəsini yayımlayıb.

AZƏRTAC-a istinadla yayımlanan müsahibədə dövlətimizin başçısının Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər və digər məsələlərlə bağlı suallara cavabları oxuculara olduğu kimi təqdim olunub.