29 dekabr 2019 20:13
1639

İlin ən yaxşı musiqi albomları - SİYAHI

2019-cu ilin ən yaxşı albomlarının adları açıqlanıb.

"People" nəşrinin hazırladığı siyahıda müəlliflərin qadın olması diqqət çəkib.

Siyahının ilk 3 pilləsində Ariana Qrandenin "Thank U, Next", Lizzonun "Cuz I Love You", Teylor Sviftin isə "Lover" albomları yer alır.

17 yaşlı Billi Aylişin "When We All Fall Asleep, Where Do De Go", Lana Del Reyin "Norman F-Rockwell", Beyonsun "Homecoming" albomları da siyahıya düşməyi bacarıb. Bununla yanaşı, onluqda, Marin Morrisin "Girl" və Britanni Hovardın "Jaima" albomları da var. //Axşam.az