Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə Parisdə yaşayan həmyerlimiz, Beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Etibar Əsədlinin “The Spirit of Azerbaijan” musiqi albomu ictimaiyyətə təqdim olunub.
Layihənin hazırlanmasında məqsəd milli musiqimizin geniş təbliği, Azərbaycan xalq və bəstəkar mahnılarının daha geniş auditoriyaya tanıdılmasıdır.
Musiqi albomunun hazırlıq işləri Parisdə və Bakıda aparılıb. Albomda Etibar Əsədlinin royalda canlı ifası ilə Azərbaycan xalq mahnılarından “Küçələrə su səpmişəm”, “Sarı gəlin”, bəstəkar mahnılarından Fikrət Əmirovun “Mən səni araram”, Emin Sabitoğlunun “Bəlkə, bəlkə, bəlkədə”, Səid Rüstəmovun “Qurban adına”, Sevil Əliyevanın “Qayıt əzizim”, Tofiq Quliyevin “Əziz dost”, muğam improvizasiya və pianoçu-bəstəkarın öz bəstələri lentə alınıb. Musiqi albomunda ifalarla yanaşı, Azərbaycan musiqisi, layihə və ifaçı haqqında ingilis dilində məlumatlar verilib.
Layihənin musiqi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur. //AZƏRTAC
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?