26 dekabr 2019 21:26
1139

Məşhurlar haqqında YENİ İDDİA

Murat Bozla Aslı Enver barədə yeni iddia ortaya atılıb.

Publika.az xəbər verir ki, onların yenidən bir yerdə olduğu deyilir.

4 il öncə münasibətləri yaranan və iki dəfə ayrılıb barışan məşhurlar ötən həftə "Fənərbaxça" - "Beşiktaş" matçını birlikdə izləyib.

Murat Boz jurnalistlərin sualına "Dostlar, şəxsi həyatımla bağlı danışmıram" açıqlamasını verib.

Müğənninin yayılan məlumatı təkzib etməsi və məşhurların sosial mediada bir-birlərini təqib etmələri barışıq iddialarını gücləndirib.