Yunanıstanın mədəniyyət nazirliyi Peloponnes bölgəsində 3500 il yaşı olan kral məzarlarının aşkar edilməsi barədə məlumat yayıb.
Məlumatda tapıntıların Pilos şəhərində bürünc dövrünə aid böyük sarayın yanında aşkar edildiyi vurğulanır.
Bildirilir ki, tapıntılar arasında ən qiymətliləri üzərində möhür olan qızıl üzük və qızıldan hazırlanmış amuletidir. Arxeoloqlar bildiriblər ki, məzarlıqların üstü dağıldığına görə daşlar içəriyə dolub və işlərə mane olur. Tapıntılarda Yunanıstanın bürünc dövrü zamanı ticarət və mədəni əlaqələri barədə çox qiymətli məlumatlar əks olunur. //AZƏRTAC
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?