Gələcəkdə zabit olmaq istəyən şagirdlər Heydər Əliyev adına Hərbi Liseylə tanış olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edən namizədlərin liseydə yaradılan şəraitlə tanışlığı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə Əlahiddə Ümumqoşun Ordunun birgə tədbirlər planına əsasən həyata keçirilib. Razılaşdırılmış qrafikə uyğun olaraq, məktəblilər noyabrın 22-dən dekabrın 20-dək həftədə bir dəfə Heydər Əliyev adına Hərbi Liseydə olublar. Sonuncu tədbirdə isə Babək rayonunda fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri və hərbi rəhbərləri iştirak ediblər.
Şagirdlər kursantların məişət şəraiti, sağlamlığı və qidalanması ilə tanış olmaqla bərabər fiziki hazırlıq və tədris məşğələlərində də iştirak ediblər. Atəş hazırlığı sinfində şagirdlərə silahla davranış və atış qaydaları göstərilib.
Heydər Əliyev adına Hərbi Liseylə tanışlıq prosesində ümumilikdə 525 şagird və 54 hərbi rəhbər iştirak edib. Artıq ənənə halını alan bu tədbirlərin növbəti tədris ilində də davam etdirilməsi planlaşdırılır.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib