"Çox vaxt güclü olmaqdan bezirəm. Amma hər şeyə rəğmən güclü olmalıyam".
Publika.az xəbər verir ki, bu sözləri aşıq Samirə Əliyeva instaqramda yazıb. Tükəndiyini yazan məşhur şəxsi həyatında yaşanan problemlərə toxunub:
"Çünki üzərimdə öhdəliklərim var: Allahın mənə verdiyi iki əmanət - övladlarım. Allahdan səbir və möhlət istəyirəm ki, əmanətlərə sona qədər sahib çıxa bilim".
Qeyd edək ki, aşıq bir neçə il əvvəl ayrıldığı həyat yoldaşı, prodüser Rizvan Məmmədovla barışsa da, onların münasibəti çox davam etmədi. Bu, Samirə Əliyevanın ikinci evliliyidir. Onun ilk evliliyindən qızı, ikincidən isə oğul övladı var. R.Məmmədov Samirənin prodüseri olub. O da bir dəfə ailə həyatı qurub və bu nikahdan oğlu dünyaya gəlib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?