20 dekabr 2019 10:53
1030

Qız Qalasının 2019-cu ildəki 150 mininci ziyarətçisi mükafatlandırılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qız Qalasının 2019-cu ildəki 150 mininci ziyarətçisi mükafatlandırılıb.

İdarədən bildirilib ki, şanslı ziyarətçi Rusiya vətəndaşı olub. Ona Qoruq İdarəsi tərəfindən “150 mininci ziyarətçi” sertifikatı və xatirə hədiyyələri təqdim olunub.