Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirlər çərçivəsində Müdafiə nazirinin müvafiq əmri ilə hərbi alpinistlərimizin “Əbədiyaşar Ali Baş Komandan” adlı ekspedisiyası təşkil olunub.
Ekspedisiya zamanı hərbi alpinistlər polkovnik-leytenant Zal Nəbiyev, baş leytenant Ülvi Məmmədli və baş leytenant Əhliman Qocayev respublikamızın ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin ikinci ən yüksək zirvəsi olan “Şahdağ” (4243 m) və “Heydər Əliyev” (3763 m) zirvələrinə qalxaraq orada Azərbaycan Ordusunun və Hərbi Hava Qüvvələrinin bayraqlarını dalğalandırıblar.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib