İsveçdə, məşhur “Roxette” musiqi qrupunun solisti Mari Fredriksson vəfat edib.
AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, dünya səviyyədə tanınmış musiqiçi və “Roxette” pop-rok qrupunun üzvü Mari Fredriksson dekabrın 10-da 61 yaşında dünyasını dəyişib.
Ona 2002-ci ildə beyin şişi diaqnozu qoyulub və həkimlərinin məsləhəti ilə o, 2016-cı ildə musiqi dünyasını tərk edib. Onun meneceri yerli jurnalistlərlə müsahibədə Fredrikssonun uzun müddət davam edən xərçənglə apardığı ağır mübarizə nəticəsində vəfat etdiyini bildirib.
Qeyd edək ki, Mari Fredriksson və Per Gessl 1986-cı ildə “Roxette” qrupunu yaradıblar və sonrakı fəaliyyətləri nəticəsində onlar "The Look”, “Listen to your heart”, "It must have been love" və “Joyride” kimi populyar mahnıların müəllifi olublar. “Roxette” qrupunun iki albomu satış nəticələrinə görə platinum statusun alıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?