Müdafiə Nazirliyi Göyçay rayonunda vətəndaşa məxsus həyətdə aşkarlanan qazla dolu şarla bağlı məsələyə münasibət bildirib.
Nazirlikdən Publika.az-a bildirilib ki, həmin şarın heç bir təhlükəsi yoxdur: "Bəzi yerli elektron KİV-də Göyçay rayonunda evlərdən birinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə məlumat yayılıb.
Bildiririk ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir.
Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur".
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib