Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan bir neçə gün əvvəl İctimai Televiziyada yayımlanan “3D” verilişində qonaq olub.
Publika.az xəbər verir ki, ulduzun verilişdə səsləndirdiyi bəzi fikirlər qalmaqala və müzakirələrə səbəb olub. Müğənni verilişdə estetik əməliyyat keçirdiyini də etiraf edib.
“Bir-iki əməliyyat keçirmişəm, bədənimə əl gəzdirmişəm. Gəzə və otura bilmirdim, bədənimin keyi indi-indi açılır. Dedilər ki, 4 saat oturmalısan. Həkimsə deyib ki, oturma. Belimi incəltmişəm. Artıq 40-a yaxınlaşıram, qəşəng görünmək lazımdır”.
Aparıcının “O nə əməliyyatdır ki, oturmaq olmaz” sualına müğənni gülərək reaksiya verib. İddia olunur ki, sənətçi belini incəltməklə yanaşı, həm də omba əməliyyatı etdirib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?