Məşhur müğənni Serdar Ortaç qumara necə başlamasına dair açıqlamalar verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni ilk dəfə 1997-ci ildə at yarışlarına pul qoyduğunu və beləliklə qumara “dadandığını” etiraf edib.
“Orkestrdən Fuad adlı bir dostum var idi, mənə at yarışlarını öyrətdi. Həmişə sonda qalırdım. Sonra atlardan qumar oyunlarına keçdim. Əvvəlcə rulet, sonra poker öyrəndim”.
Xatırladaq ki, müğənni son həftələrdə qumarda 120 min dollar uduzması ilə bağlı yayılan xəbərləri inkar etmişdi.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?