"İstanbullu gəlin" serialında tərəf müqabili olan türkiyəli aktyorlar Aslı Ənvərlə Özcan Dəniz haqqında yeni iddialar ortaya atılıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özcan Dənizlə Feyza Aktanın nikahının Aslı Ənvərə görə bitdiyi iddia olunub. İddialara görə, Dəniz serial çəkilişlərində aktrisaya heyranlıq duymağa başlayıb. Məlum olub ki, Özcan Dəniz həyat yoldaşından geyim və saç stilini Aslı Ənvərə oxşatmasını xahiş edib. Bu isə Feyza Aktanın səbrini daşırıb.
Evlilik terapiyası üçün psixoloqa müraciət edən cütlük problemlərinin öhdəsindən gələ bilmədikləri üçün yollarını ayırmağa qərar verib.
Xatırladaq ki, Feyza Aktanın öz toyunda, Aslı Ənvərin seriallarda geydiyi libasın eynisini istifadə etməsi günlərlə müzakirə olunmuşdu.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?