Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “NATO-da əməliyyatların qiymətləndirilməsi” mövzusunda təlim kursu keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, kurs müddətində NATO-nun nümayəndələri tərəfindən dinləyicilərə əməliyyatların planlaşdırılması, layihələndirilməsi və qiymətləndirilməsi prosesi, məlumatların təhlili metodları və digər mövzular ətrafında brifinqlər təqdim edilib, həmçinin praktiki qrup çalışmaları keçirilib.
Sonda kurs iştirakçılarına sertifikatlar təqdim olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib