Heç bilmirəm haradan başlayım. Birinci dəfədir ki, Nyu-Yorka gedirdim. Oranı görmək istəyirdim. Maraqlı idi ki, musiqiçilər necə işləyir, yaşayır. Onların işə yanaşması tamamilə başqadır. Mən daha çox Bakıdakı iş ab-havasını bəyənirəm.
Axşam.az xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan "Gün başladı" proqramında Əməkdar artist Səbinə Babayeva deyib.
O, bir neçə gün öncə döndüyü Amerika haqda təəssüratlarını bölüşüb:
"Nyu-Yorku başqa cür təsəvvür edirdim. Filmlərdə gördüyümüz şəhər, sən demə, oranın cəmi bir rayonudur. O da Manhetten adlanır. Qalan beş rayonu böyük bir kənddir. Bakıya, Moskvaya, 8-ci kilometr qəsəbəsinə (Vasmoy) oxşar bir yerlərdir. Məəttəl qalmışam ki, Amerika bu imiş? Bizə göstərilən ancaq Manhettendir".
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?