Türkiyənin tanınmış teatr və kino aktyoru Haluk Bilginer “Emmy” mükafatına layiq görülüb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, tanınmış aktyor Nyu-Yorkda keçirilən 47-ci Beynəlxalq “Emmy” mükafatları mərasimində “Şəxsiyyət” televiziya seriyalında yaratdığı obraza görə “Ən yaxşı aktyor” nominasiyasının qalibi olub. 65 yaşlı Haluk Bilginer jurnalistlərə müsahibəsində deyib: “Mən bu mükafatın özümdən çox, Türkiyəyə verilməsindən xoşbəxtəm. Sevgi və böyük həvəslə ərsəyə gətirdiyimiz filmin beynəlxalq platformada bəyənilməsi və mükafatlandırılması məni hədsiz dərəcədə sevindirib”.
Bilginer teleseriyalda Altsheymer xəstəliyi nəticəsində yaddaşını itirmiş insan obrazını canlandırıb. Türkiyədə və bütün dünyada maraqla baxılan bu ekran əsəri Internet Movie Database (IMDb) məlumat bazasında yüksək reytinq qazanıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?