Azərbaycanda keçirilən Türk Film Həftəsi çərçivəsində Nizami Kino Mərkəzində baş rollarda Mustafa Üstündağ, Ozan Akbaba, Emir Benderlioğlu, Ceren Benderioğlu, Savaş Özdemir və başqalarının oynadığı “Aman reis duymasın” filminin qala gecəsi keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Nizami Kino Mərkəzindən məlumat verilib. Bu münasibətlə Türkiyənin bir çox kino ulduzu Azərbaycana gələcək. Noyabrın 25-də start götürəcək festival çərçivəsində Hande Katipoglu, Naz Çağla Irmak və başqaları paytaxtımızın qonağı olacaq.
Bundan əlavə, bir müddət bundan əvvəl premyerası keçirilən və “Oscar”a iddialı olan “7. Koğuştakı mucize” filmində əsas rolu oynayan azyaşlı aktrisa Nisa Sofiya Aksungur da festivalda iştirak edəcək.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?