Moskvada Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu – STMEGİ tərəfindən təsis edilmiş Sergey Vaynşteyn adına “İlin adamı” mükafatının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Moskva şəhərində reallaşan təqdimetmə mərasimində mükafatın laureatları arasında Azərbaycan kinorejissoru Rüfət Əsədov da olub. O, bu mükafata Azərbaycan-yəhudi münasibətlərinin inkişafına, dağ yəhudilərinin tarixinin və mədəniyyətinin qorunub saxlanılması və inkişafına görə layiq görülüb.
R.Əsədov dağ yəhudiləri haqda üç sənədli filmin (“Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi” və “Peyğəmbər Yereminin göz yaşları”) müəllifidir. Bu filmlər dəfələrlə İsraildə, Avropada və ABŞ-da müxtəlif kinofestivallarda və tədbirlərdə nümayiş etdirilib, ölkəmizə nüfuzlu mükafatlar gətirib.
Qeyd edək ki, həmin mükafatın təqdimatı Dağ-Yəhudi icması üçün ilin ən vacib hadisələrindən biri hesab edilir. Mükafat 2015-ci ildə təsis edilib və indiyə qədər Dağ-Yəhudi mədəniyyətinin, tarixinin, dilinin və adət-ənənələrinin inkişafında və qorunmasında əvəzsiz xidmətlər göstərmiş bir çox tanınmış şəxsə verilib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?