Rsiyanın məşhur “Soyuzmultfilm” kinostudiyası “Nu, poqodi!” cizgi filminin davamını çəkəcək.
Kinostudiya cizgi filminin daha 26 seriyasını çəkməyi planlaşdırır.
Bu barədə jurnalistlərə məlumat verən “Soyuzmultfilm” kinostudiyası İdarə Heyətinin sədri Yulinana Slaşeva bildirib ki, cizgi filminin 1969-cu il yanvarın 1-də ilk buraxılışının ekrana çıxmasından 50 il keçir. Bu münasibətlə filmin 26 yeni seriyasının çəkilişləri planlaşdırılır. Yeni seriyadan olan ilk film 2020-ci ildə balaca tamaşaçılara təqdim ediləcək.
Qeyd edək ki, “Soyuzmultfilm” kinostudiyası 1936-cı ildə yaradılıb. İndiyədək burada 1500-dən çox cizgi filmi çəkilib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?