Dörd il əvvəl xərçəngdən dünyasını dəyişən Rusiyanın estrada ulduzu Janna Friskenin həyat yoldaşı evlənir.
"İki sahil" "Qafqazinfo"ya istinadən xəbər verir ki, sənətçinin əri, aparıcı Dmitri Şepelev sevgilisi Yekaterina Tulupovaya evlilik təklifi edib.
Bu ilin əvvəlindən bir evdə yaşayan cütlüyün nişanı bir neçə gün öncə baş tutub. Qeyd olunub ki, Şepelevin Friskedən olan 6 yaşlı oğlu Platon və Yekaterinanın birinci evliliyindən dünyaya gələn qızı Lada cütlüklə eyni mənzili bölüşür.
Onların böyük toy mərasimi keçirmək niyyətində olmadıqları deyilir.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?