Məşhur gitara ifaçısı, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) ATV-də yayımlanan "Şou ATV" proqramında illər öncə evində saxladığı meymundan danışıb.
"İki sahil" Oxu.az-a istinadla xəbər verir ki, meymun söhbətini isə verilişdə qonaq olan digər sənətçi Manaf Ağayev açıb.
Belə ki, Manaf "Rəmiş müəllimin bir meymunu var idi. Hara gedirdi, meymunuda özü ilə aparırdı" deməsi qarşı tərəfi dilləndirib.
Xalq artisti M.Ağayevə qarşılıq verərək "Meymunumun ağzına qızıl diş saldırmışdım. Ona isə paltarı Azəri Günelin nənəsi tikmişdi" söyləyib
Manaf Ağayev isə Rəmişin qısa çıxışını bu sözlərlə davam etdirib:
"1977-1978-ci illərdə rayona uzun saçlı, əlində meymunla bir adam gəlib. Nə qədər təəcüblü idi. Bizim qohumlarımızın toyuna gəlmişdi. Onda Gülü (Rəmişin həyat yoldaşı) nə gəzirdi?! Gülü olsaydı, nə edirdi Rəmiş müəllim meymunu?!"
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?