Xalq artisti Aftandil İsrafilov xeyriyyə fəaliyyəti ilə məşğul olduğunu deyib.
Publika.az xəbər verir ki, "Ay Zaur" verilişində qonaq olan qarmon ifaçısı ona müraciət edənlərə kömək etdiyini bildirib:
"Mən bütün pullarımı evə, yoldaşıma xərcləmirəm. Ətrafımda o qədər dost, tanış var ki... qazandığım pulları xalqa xərcləyirəm. O qədər xeyriyyə işləri görmüşəm... İnsanlar var ki, xahiş edirlər işə düzəldim, nəsə edim. Hamısı edirəm".
Aftandil İsrafilov həyat yoldaşı Zenfira xanımdan da bəhs edib.
O bildirib ki, xanımı onu qısqanmır: "Evə gec gedəndə heç vaxt sual vermir. Nəsə soruşur, 1 dəfə cavab vermədimsə, anlayır. Evə gec gedəndə, arvad yatırsa, ona ziyandır. Yatanda pul vermirəm. Oyaq olursa, pulu ona verirəm. Heç vaxt evdə dava salmıram. Ağıllı kişi görəndə evdə yemək yoxdur, söz-söhbət yaratmaz. Girib bir dönər yeyir, birini də arvada alıb gətirirlər".
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?