Türkiyənin tanınmış aktyoru Cemal Hünal polis tərəfindən saxlanılıb.
İstanbul Sarıyerdə at sürmə və oxatma dərsləri verən aktyor işlədiyi mərkəzdə məşqçi Ufuk Tunca ilə dalaşıb.
Cemal Hünal məşqçinin evinə basqın edib. Ufuk aktyordan şikayətçi olub. Hadisənin şahidi olan Cemalın dostu aktyorun əlində qırmızı çəkicin olduğunu bildirib.
İstintaq davam edərkən ikili arasında anlaşma əldə olunub. Ufuk Tunca şikayətindən imtina edib.
Qeyd edək ki, Cemal Ünal “Asi”, “Adanalı”, “Paramparça” “Diriliş Ərtoğrul” serialları və “Issız Adam” filmi ilə tanınıb.
Oxu.az
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?