Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov “Rosatom” dövlət şirkətinə 1986-cı ildə Çernobıl AES-də baş verən hadisələri olduğu kimi canlandıracaq filmin yaradılmasını təklif edib.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, V.Cabarov İngiltərənin AES-lə bağlı hadisələri öz ekran əsərində təqdim edərkən təhrifə yol verdiyini söyləyib.
O deyib: “Bu yaxınlarda “Çernobıl” filmi işıq üzü görüb. Çoxları bu filmə baxıb. Bədii cəhətdən maraqlı olan bu ekran əsərində baş verən qəzada bəzi hadisələr təhrif olunub. Təəssüflə demək istəyirəm ki, cavanlar bu hadisəni görsəydilər filmə düzgün qiymət verərdilər”.
Xatırladaq ki, 1986-cı il aprelin 26-da Ukraynanın şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda fəlakətli nüvə qəzası baş verib. Nəticədə Pripyat ölü şəhərə çevrilib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?