Xoşbəxt qadınsan?
Milli.Az xəbər verir ki, bu sualla Zaur Kamal aparıcısı olduğu proqramda Aynur Dadaşovaya müraciət edib.
Xanım ifaçının cavabı gözlənilməz olub:
"Yox, yarımçıq. Çünki həyatımda istərdim ki, özüm kimi bir insan olardı. Bir dəfə yanılmışam. Bu həyatda insanlar heç vaxt bir-birlərini tamamlamır, fərqli insan olurlar.
Bir dəfə ailə qurdum, iki övladım oldu. İnsanlar elə bilirlər ki, birinci övlad birinci ailədəndir, ikinci övlad ikincidən. Amma iki övladımın ataları eyni insandır. Həyat yoldaşımla tanışlıq toyda oldu. Deyim ki, vurulmuşam, sevmişəm, yox. Birinci pis söz demişəm. Mənə söz atdığı üçün "kirpi" demişəm. Sonra elə oldu ki, o, həyat yoldaşım oldu".
Qeyd edək ki, müğənnin 15 yaşında oğlu və 6 yaşında qızı var.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?