Dünya miqyasında milyonlarla insan tərəfindən izlənən "Game of Thrones"un (Taxtların oyunu) istehsalçı firması HBO yeni serialın elanını verib.
Publika.az xəbər verir ki, yeni serial Taxtların oyunundakı hadisələrdən 300 il əvvəl yaşananlardan bəhs edəcək.
“House of the Dragon” (Əjdahanın Evi) adı verilən yeni serialın ssenaristləri arasında "Game of Thrones" kitablarının yazarı Corc RR Martin də yer alıb.
Serialın yayım tarixi haqqında məlumat verilməyib.
Bu açıqlamadan bir neçə saat əvvəl ABŞ mətbuatında dərc olunan xəbərlərdə bu ilin yay aylarında elan edilən və "Oskar"a namizəd göstərilən Naomi Vatsın da heyətində olduğu serialın ləğv edildiyi açıqlanmışdı.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?