Azərbaycan Ordusunda “Ən yaxşı mühəndis şəhərciyi” müsabiqəsi keçirilir
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı mühəndis şəhərciyi” müsabiqəsinə start verilib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, müsabiqədə mühəndis qoşunlarının, xüsusilə cəbhə bölgəsində yerləşən hissə və bölmələrin hazırlığı yoxlanılır.
Məqsəd mühəndis hazırlığının yüksək səviyyədə təşkili və yerinə yetirilməsini təmin etmək, şəxsi heyətin mühəndis təminatı tapşırıqlarını mürəkkəb və çətin döyüş şəraitində, ərazinin relyefinə uyğun yerinə yetirilməsi vərdişlərini təkmilləşdirməkdən ibarətdir.
Qaliblər müsabiqənin yekun nəticələrinə əsasən müəyyən ediləcək.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib