26 oktyabr 2019 11:14
1176

Ortaç boşandığı modeli məhkəməyə verdi

Müğənni Sərdar Ortaç iki ay əvvəl boşandığı irlandiyalı model Kloe Louqnan barədə məhkəməyə müraciət edib. 

Milli.Az xəbər verir ki, hakim Türkiyə qanunlarına uyğun olaraq, Kloenin evli olduğu müddətdə yaşanan hadisələrdən danışmamaq barədə qərar çıxarıb. 

Kanal D-də yayımlanan "İkinci Sayfa" proqramının məlumatına əsasən, model qərarı pozduğu təqdirə 100 min TL cərimə olunacaq.