Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizlik Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq hərbi hissələrdən birində “Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti” və “Dini ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi” mövzularında seminar keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə çıxış edənlər keçirilən seminarın şəxsi heyətin maarifləndirilməsində böyük rol oynayacağını qeyd ediblər.
Seminar “Heç vaxt gec deyil” sənədli filminin nümayişi ilə başa çatıb.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO