24 oktyabr 2019 12:34
992

Məşhur aşıq yenidən ərə gedir?

Gəlinlikdə fotossesiya etdirən Aşıq Samirənin ikinci dəfə ailə qurması barədə xəbər yayılıb. Lakin məlum olub ki, bu kadrlar ulduzun yeni klipindəndir.

Publika.az xəbər verir ki, Aşıq Samirə yeni klipi üçün kamera qarşısına keçib. “Evimizə gəlin gəlir” adlı mahnıya klip çəkdirən sənətçi yeni fotosessiya da etdirib. Ekran işində gəlin obrazını canlandıran sənətçi fotolarını sosial şəbəkədə paylaşıb. Onun gəlin obrazı diqqət çəkib.

Qeyd edək ki, “Evimizə gəlin gəlir” klipi Xətai Yusubov və Tale Ağayevin rejissorluğu ilə çəkilir.