“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki. təlimin keçirilməsində məqsəd birləşmə və hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması, mühafizədən müdafiəyə keçərkən uzlaşmış fəaliyyətə nail olunması, müdafiə döyüşünün aparılması zamanı döyüş düzülüşü elementlərinin fəaliyyətinin təkmilləşdirilməsi olub.
Praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr döyüş atışlarını yerinə yetiriblər. Ərazidə qəbul edilmiş qərarlar Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində kompüterlər üzərində xüsusi proqram vasitəsilə icra edilib.
Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman bildirilib ki, qarşıya qoyulmuş tapşırıqların tam həcmdə yerinə yetirilməsində zabitlərin peşəkarlığı və ən müasir vasitələrin tətbiqi mühüm rol oynayıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib