Sumqayıtın şəhər statusu almasının 70 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Sumqayıt Dövlət Dram Teatrının qarşısındakı meydanda belə tədbirlərdən biri - açıq hava konserti keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.
Vurğulanıb ki, bu il Sumqayıtın şəhər statusu almasının 70-ci ili tamam olur. Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamı ilə Sumqayıtın 70 illik yubileyi geniş şəkildə qeyd edilir. Artıq şəhərdə bununla bağlı müxtəlif tədbirlər keçirilməkdədir.
Sumqayıt bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunub. Şəhər cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasəti nəticəsində Ulu Öndərin vaxtilə qarşıya qoyduğu hədəflərə yaxınlaşaraq möhtəşəm nailiyyətlər əldə edib. Sumqayıt tamamilə yenilənib, yeni infrastruktur yaranıb. Hansı ki, bu infrastruktur uzun onilliklər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək.
Tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı şəhər sakinlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb.
Orxan Vahidoğlu, “İki sahil”
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?