Oktyabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşüb.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə münasibətlərin daim inkişaf etdiyini qeyd edən Müdafiə naziri ikitərəfli hərbi əməkdaşlığın hüquqi bazasının yaradılması ilə əlaqədar hazırda müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Öz növbəsində səfir fəaliyyəti dövründə Azərbaycanla Meksika arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin genişləndiyini bildirib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edən diplomat regionda sabitliyin təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinin vacibliyini bildirib.
Görüşdə tərəflər Azərbaycan ilə Meksika arasında hərbi sahədə əlaqələrin hazırkı vəziyyəti və perspekivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib