ABŞ Avropa Komandanlığı (EUCOM) tərəfindən Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimi başa çatıb.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimdə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər və onların peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.
Bu cür təlimlərin iştirakçı ölkələrin orduları arasında təcrübə mübadiləsi, əməliyyat uyarlılığının əldə olunması, bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi baxımından çox mühüm olduğu bildirilib.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO