29 sentyabr 2019 15:06
861

Tatyana Smernova: Azərbaycanın kitab bazarı bizim üçün maraqlıdır

Azərbaycanlıların rus dilini mükəmməl səviyyədə bilmələri bizi çox sevindirdi. Bu səbəbdən də, bu ölkənin kitab bazarı bizim üçün maraqlıdır.

Bu fikri AZƏRTAC-a müsahibəsində VI Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkasında iştirak edən “Sindibad” nəşriyyatının icraçı direktoru Tatyana Smernova deyib.

“Bu vaxta qədər Azərbaycanla işimizi yaxşı qurmadığımızdan buradakı oxucuların məhəbbətini qazanmadığımızı düşünürdük. Ancaq bu yarmarka fikrimizin tam əksini sübut etdi. Stendimizə yaxınlaşanların sayı gözlədiyimizdən də artıqdır. Onlar nəinki buradan, eyni zamanda bizim "online" dükanlarımızdan da kitablar əldə etməyə başlayıblar. Yarmarkanın bugünkü göstəriciləri məni çox sevindirir. Çünki görürəm ki, burada bizi artıq tanıyırlar. Hətta gələn il üçün sərgiyə də dəvət almışıq", -deyə T.Smirnova bildirib.