Prezident İlham Əliyevin bu il avqustun 28-də imzaladığı “Azərbaycan vətəndaşlarının oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncama uyğun olaraq çağırışa hazırlıq işləri yekunlaşır.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində çağırışçıların öyrənilməsi işləri aparılır. Çağırışa cəlb olunan gənclər hərbi həkim komissiyalarında ixtisaslı mütəxəssislər tərəfindən müvafiq təlimata əsasən yoxlanılır, səhhəti ilə bağlı əlavə müayinəyə ehtiyacı olanların ixtisaslaşmış dövlət tibb müəssisələrində müayinəsinin təşkili təmin olunur. Müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçılar müstəqil Azərbaycanın Silahlı Qüvvələrində xidmətə hazırlıq prosesində böyük həvəslə iştirak edirlər.
Həmçinin, müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölünməsindən sonra onların həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunması həyata keçirilib. Sentyabrın 24-də çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılıblar. Eyni zamanda vətəndaşların Xidmətin rəsmi saytının “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsindən xidmət edəcəkləri qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilmələri təmin edilib.
Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat isə 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcək.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib