30 avqust 2019 10:54
2151

Milli musiqimizi plagiatlıq yolu ilə özününküləşdirənlər...

...və yaxud Üzeyir bəy Aram Xaçaturyanı necə “yola saldı?”

Mənfur ermənilərin Azərbaycanın ərazisinə və bütün milli-mənəvi dəyərlərinə şərik çıxmalarının tarixi elə də uzaq deyil. Cəmi 70-80 il əvvəl erməni peşəkar milli musiqinin əsasını qoyanlardan biri olan Aram Xaçaturyan öz “yaradıcılığında”bir çox hallarda məhz Azərbaycan xalq musiqisinə müraciət edib. Musiqi aləminə 1920-ci illərdə gələn bu adam bizim bəstəkar və xalq yaradıcılığımızdan sui-istifadə edərək özünə böyük şöhrət qazanıb. O, plagiatlıqla musiqilərimizi oranjiman edərək dəyişib və bundan sonra özünün “böyük” kompozisiyalarında, operalarında, baletlərində, simfonik əsərlərində istifadə edib.

Görkəmli bəstəkarlarımızdan birinin xatirələrində Aram Xaçaturyanın “istedadı” dahi Üzeyir Hacıbəyli tərəfindən belə qiymətləndirilmişdi: “Mərkəzi Komitədən tapşırıq gəldi ki, bəstəkar Aram Xaçaturyanın əsəri dinlənilsin və bədii şura tərəfindən qəbul edilib təsdiq edilsin. Öyrəndik ki, ermənilər İrəvanda onun bu əsərini təsdiq etməyiblər. Əli Moskvadakı “böyüklərin” ətəyində olan Aram əsərini təsdiq etdirmək üçün Bakıya tapşırıq verdirib.

Tapşırıqla əlaqədar olaraq Üzeyir bəy göstəriş verdi, partitura orkestrdə paylandı, əsər dinlənilməyə hazırlandı.

Professor-müəllim heyəti toplaşıb Xaçaturyanın simfoniyasına qulaq asdılar. Sonra adəti üzrə Üzeyir bəyin otağında müzkirələr olmalı idi. Hamı gəldi. Divar boyu düzülmüş stullarda əyləşdilər. Xaçaturyan baş tərəfdə oturdu. Mən və Cövdət Hacıyev, biz Üzeyir bəyin assistentləri idik, qapının sol və sağ tərəfindəki stullarda yerimizi tutduq. Bir neçə dəqiqə keçdi. Heç kim dillənmirdi. Adətən bu tipli müzakirələr coşğu ilə keçərdi. Üzeyir bəy bığlarını dartışdırır və gözləyirdi ki, görək kim söz istəyəcək. Toplantı iştirakçıları bir neçə dəqiqəni də məzar sükutu ilə yola verdilər. Nəhayət, Üzeyir bəy dilləndi. Qonaq başa düşsün deyə rusca:

- Nə olar, - dedi, - heç kim danışmaq istəmirsə, mən danışaram. Belə, yoldaşlar. Əgər Çaykovskinin simfoniyasının ifası zamanı trombon bir çərək pauza qədər geciksə, bunu zalda oturan hər bir dinləyici dərhal hiss edər. Xaçaturyanın bu simfoniyasında isə trombonun nəinki gecikdiyini, ümumiyyətlə çalğıya başladı, ya başlamadı, bunu tamaşaçı yox, heç müəllif özü də hiss etməz.

Bunu deyib, Üzeyir bəy susdu. Yenidən otağı bürüyən sükunəti Xaçaturyanın addım səsləri pozdu. O, yekə portfelini götürüb, heç nə demədən otaqdan çıxdı. Bu, onun Azərbaycandan axırıncı gedişi oldu.”

Beləliklə, hətta “yuxarıdakıların” da tapşırığına baxmayaraq dahi Üzeyir Hacıbəyli Aram Xaçaturyanın əsərinə mənfi rəy verdi.

Musiqi oğrusunun plagiatlığı məşhur sovet musiqi tənqidçisi Georgi Xubovun 1962-ci ildə yazdığı “Aram Xaçaturyan - Monoqrafiya” adlı kitabında da geniş qeyd olunub. Müəllif kitabın 434-cü səhifəsində yazıb ki, SSRİ-də məşhurlaşmış Aram Xaçaturyan əsasən Azərbaycan, özbək, tacik və başqırdların musiqisindən istifadə edib: “O, həmçinin türk musiqisini də mənimsəyib. Aramın anası bir çox Azərbaycan və gürcü mahnısı bilirdi və tez-tez oğlu üçün onları ifa edirdi. Xaçaturyan uşaqlığından Azərbaycan musiqisi ilə yetişib. Bu təəssüratlar onun musiqi təfəkkürünün əsaslarını müəyyənləşdirdi və Aramın bəstəkar duyumunu inkişaf etdirməsinə və musiqiçi kimi tanınmasına imkan yaratdı”.

Həmin kitab yazılan zaman hələ həyatda olan və 1978-ci ildə ölən Aram Xaçaturyan yazıçının bu fikirlərinə nəinki etiraz edib, əksinə, heç cınqırını da çıxarmayıb.

Aram Xaçaturyanın bəstələdiyi simfonik poemanın Azərbaycanın Tovuz rayonundan olan Aşıq Mirzənin yaradıcılığından götürülməsinə dair təsdiqlənmiş faktlar çoxdur.

Georgi Xubovun kitabının 112-ci səhifəsində yazılıb: “1937-ci ildə bəstəkar tərəfindən istedadlı Azərbaycan aşığı Mirzənin sözlərinə əsər yazılmış və təvazökarlıqla “Aşıq nəğməsi” adlandırılmışdır. Maraqlıdır ki, bu simfonik poemanın melodik xəttində və ritmik hərəkətin konturlarında Azərbaycan xalq musiqisinin, xüsusən də muğamların xarakterik melodiyalarını doğuran xüsusiyyətlər aydın şəkildə ortaya çıxır. Oxucular Aram Xaçaturyanın melodiyasını “Dügah dəstgahı” muğamının təsnifinin əvvəli ilə müqayisə etsələr, buna əmin ola bilərlər”.

Bilirik ki, ermənilərdə qədimdən aşıq sənəti olmayıb və indi də yoxdur. Xaçaturyanın öz əsərini “Aşıq nəğməsi” adlandırması sübut edir ki, o, bizim aşıq sənətindən plagiat kimi istifadə edib və öz oğurluğuna “təvazökarlıq donu” geyindirməkdən də utanmayıb.

Digər Sovet yazıçısı və ədəbiyyatşünası İrakli Andronikov da 1975-ci ildə dərc olunmuş “Seçilmiş əsərlər” kitabının ikinci cildində Aram Xaçaturyanın öz yaradıcılığında Azərbaycan və gürcü musiqisindən istifadə etməsi faktını qeyd edib: “Aram Xaçaturyanın “Qayane” baletində “Ləzginka” gürcülərindir, Azərbaycan ritmləri isə “Rəqs dəsti” və “Klarnet, skripka və fortepiano üçün trio”da müşahidə olunub. Azərbaycanın “Vağzalı”, “Uzundərə”, “Mirzəyi” və “Muşlu oğlan” kimi xalq mahnı və rəqslərini Aram Xaçaturyan ermənilərinki kimi qələmə verib”.

Bu faktlar onu göstərir ki, erməni harada olursa-olsun öz iyrənc erməni xislətini göstərir. Əslində bu şöhrət bizim musiqimiz hesabına tanınmış erməni tərəfindən oğurlanmış şöhrətimizdir.

Lənətə gəlmiş Xaçaturyanın əməlləri indi onun rəzil varisləri tərəfindən daha həyasızlıqla davam etdirilir. Son illərdə ermənilər bizim “Sarı gəlin” xalq mahnımızı,      balaban, kamança, tütək və digər musiqi alətlərimizi öz adlarına çıxmağa çalışsalar da alınmır, çünki atalarımız demişkən, haqq nazilər, amma üzülməz.

Vəli İlyasov,

“İki sahil”