Sentyabrın 2-dən ölkəmizdə keçiriləcək “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimində iştirak etmək üçün Azərbaycana gələn Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqlar əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, ulu öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycan, Türkiyə və Gürcüstanın Dövlət bayraqları qaldırılıb və hər üç ölkənin dövlət himnləri səsləndirilib.
Sentyabrın 6-dək davam edəcək təlim Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcəkdir.
Təlimə hazırlıq dövründə qonaqlar üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib