Sentyabrın 5-də musiqiçi, bəstəkar və prodüser Diana Hacıyevanın “Şəffaf: Dərin rəng kimi” adlı performansı təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bu performans “YARAT” Müasir İncəsənət Mərkəzində rəssam Zadi Çanın “Maqohalmi övladı və yaradılış sədası” fərdi sərgisi çərçivəsində reallaşacaq.
Bu performansa yarı improvizə edilmiş bir saatlıq musiqili çıxış daxildir. Çıxışda akustik baraban, iri elektron baraban, immersiv gitara rifləri, genişhəcmli elektron ped alətinin səsləri və məlahətli vokal tədricən şaman mahnılarına keçid alır.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?