“Pilotun katapult anını gecikdirməsi ehtimalını ilk gündən irəli sürmüşdüm. Təcrübəli pilot üçün təyyarəni xilas etmək şərəf məsələsidir. Döyüş maşını uğrunda sonacan mübarizə aparmış şərəfli zabit Rəşad Atakişiyevə Allahdan rəhmət diləyirəm. Qəzanın səbəbinə gəlincə, komisiyanın rəyini şübhə altına almaq üçün əsasım yoxdur. Quşlarla təyyarələrin toqquşması hadisələri nadir hal deyil”.
Publika.az xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram deyib.
Onun sözlərinə görə, hər il dünyada beş mindən çox quşlarla təyyarələrin toqquşma hadisəsi qeydə alınır və müxtəlif dərəcəli qəzalar baş verir.
“Uzağa getməyək, bir neçə gün əvvəl quşların mühərrikə düşməsindən “Ural Avialiniyaları” kampaniyasının təyyarəsi qəza halında qarğıdalı sahəsinə eniş etmişdir. Bəzən isə quşlar pilot kabinəsinə çırpılırlar. Baxmayaraq ki, quş adi halda kiçik və yumşaq cisimdir, təyyarənin yüksək sürətinə görə bəzən pilotlara ciddi xəsarətlər yetirir. Keçən il analoji hadisə İsveç hərbi təyyarəsi ilə baş vermişdi. Pilot xəsarət alsa da, katapult edə bilmişdi. Ümumən yüksək sürətlə hərəkət edən təyyarəyə quşun çırpılmasına və bunun nəticəsində pilotun xəsarət ala bilməsinə lağ-lağı etmək sadəcə avamlıq və avaraçılıq deyil, aqressiv nadanlıqdır. Bunu etməyin. Çox da ki, dünyaya çoxdan məlum olan şeyləri indi eşidirsiniz. İnsan (toplumu) bilmədiyi şeylərə güləndə, özünü gülünc edir”. – ehtiyatda olan polkovnik-leytenant qeyd edib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib