Dövlət Sərhəd Xidməti Bakıda keçirilən hərbi sərgidə yeni raket kompleksini təqdim edib.
Trend-in məlumatına görə, təqdim edilən raket qurğusu "İqla" seriyasının son modelidir.
"İqla-5" adlanan raket kompleksi xüsusi hədəfalma lazer şüası ilə təchiz edilib.
Raket arxa istiqamətdə 2500 metr məsafədə təyyarəni, 3000 metrdə helikopteri asanlıqla məhv etmək gücünə qadirdir. Qarşı istiqamətdə isə qurğu təyyarəni 2000, helikopteri isə 2500 metrdə məhv edə bilir.
Raketin döyüş vəziyyətində çəkisi 18,25 kiloqramdır, uçuş sürəti isə 400-600 m/saniyədir.
Raket kompleksi Dövlət Sərhəd Xidmətinin silahlanmasına daxil edilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib