Əlahiddə Ümumqoşun Orduda taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məşğələlər zamanı taqım komandirlərinin ümumqoşun, ixtisas, fiziki və metodiki hazırlıq səviyyələri yoxlanılıb. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində məşğələlərin yekun təhlili aparılan zaman qeyd olunub ki, məqbullar götürülərkən taqım komandirləri yüksək nəticə göstəriblər.
Məşğələlərdə əsas məqsəd zabitlərin hərb sənəti üzrə biliklərinin, bölmələrin idarə edilməsi üzrə bacarıqlarının və komandir keyfiyyətlərinin təkmilləşdirilməsi olub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib