Naxçıvan Qarnizonu qoşunlarında üçpilləli, ikitərəfli keçirilən növbəti komanda-qərargah təlimi müxtəlif mərhələlərdə icra edilir.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlim çərçivəsində “həyəcan” siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarə olunması praktiki həyata keçirilir. Ərazidə əməliyyatların qərargahlar tərəfindən planlaşdırılmasından sonra qəbul edilmiş qərarlar Simulyasiya mərkəzində kompüterlər üzərində icra olunacaq.
Təlim avqustun 24-dək davam edəcək.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO